Daha bir ölkə Azərbaycanın strateji tərəfdaşına çevrildi - FOTO
17:22 11.03.2013
1042
Azərbaycan və Xorvatiya respublikaları arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalanıb. Martın 11-də prezident İlham Əliyevin və prezident İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatıb. Daha sonra Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalanıb.Bəyannaməni Azərbaycan prezidenti İlham Əliyev və Xorvatiya prezidenti İvo Yosipoviç imzalayıblar.