Çexiya Gürcüstanda diplomatik və xidməti pasport sahibləri üçün viza rejimi tətbiq edib.
Xarici işlər naziri Yan Lipavski bu qərarı hakim "Gürcü arzusu” partiyasının "insan hüquqlarına hörmətsizlik, nümayişləri yatırtmaq və vətəndaş cəmiyyətinin zəiflətməsi” qərarları ilə əlaqələndirib.
Hazırda 12 ölkədə: Rumıniya, Bolqarıstan, Latviya, Litva, Estoniya, Lüksemburq, Niderland, Fransa, Belçika, İtaliya, İsveç və Çexiyada Gürcüstan diplomatik və xidməti pasportlarının sahibləri üçün vizasız gediş-gəliş dayandırılıb.
/Unikal