Belçikada ibtidai və orta məktəblərdə smartfondan istifadə qadağan edilib.
AZXEBER.COM xarici mətuata istinadən xəbər verir ki, Valloniya-Brüssel Təhsil Şəbəkəsinin qəbul etdiyi qərara əsasən, 26 avqustda başlayacaq 2024-2025-ci tədris ilindən etibarən fransız dilini tədris edən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan ediləcək. .
Qadağa 132 min 600 şagirdə şamil ediləcək.
Ölkənin flamanddilli tərəfində hökumətin hələ də qadağa ilə bağlı razılığa gəlməsi gözlənilir.
Gülay