Daha bir ölkə meşə yanğınları ilə mübarizə aparır

Daha bir ölkə meşə yanğınları ilə mübarizə aparır
DÜNYA
22:25 16.07.2022
297
Bosniya və Herseqovinanın mərkəzi regionlarında meşə yanğınları baş verib.

Çitluk və Çaplyina bələdiyyələrinin sərhədində baş verən meşə yanğını hələlik nəzarət altına alınmayıb. Yanğının yaşayış məntəqələri üçün təhlükə yaratdığı qeyd olunub. Üç kilometr ərazini əhatə edən yanğının söndürülməsinə mülki-müdafiə qüvvələri ilə yanaşı, Bosniya və Herseqovina Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub.

Qismən nəzarət altına alınan yanğının külək səbəbindən yenidən təsirini artırdığı bildirilib.
OXŞAR XƏBƏRLƏR