Daha bir ölkə tam yumuşalmaya getdi - Yaslara da icazə verildi

Daha bir ölkə tam yumuşalmaya getdi - Yaslara da icazə verildi
DÜNYA
13:17 01.10.2021
444

Cənubi Afrika Respublikası (CAR) yeni növ koronavirusa qarşı görülən tədbirlərin ən aşağı səviyyəyə endirildiyi elan edib.

AZXEBER.COM xəbər verir ki, prezident Cyril Ramaphosa xalqa müraciətində ölkədə son həftələrdə gündəlik yoluxma sayının azalması ilə epidemiyanın 3-cü dalğasının geridə qaldığını deyib.

İctimai yerlərdə maska taxmaq öhdəliyi davam etmək şərti ilə qapalı yerlərdə 250 nəfər olan say 750-yə, açıq yerlərdə maksimum iştirakçı sayı 500-dən 5 min nəfərə qaldırılıb.

Yeni qərara əsasən, yas mərasimlərində ən çox 100 nəfər iştirak edə biləcək və cənazədən sonrakı toplantılar qadağan olaraq qalacaq.

Qeyd edək ki, bu ölkədə virusdan ölənlərin ümumi sayı 87 min 626 nəfərə yüksəlib.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR