Qazaxıstanda yoluxma sayı kəskin artıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstanda koronavirusa yoluxmanın kəskin artması səbəbilə sakinlərə maska taxmaq tövsiyə olunub.
Məlumata görə, son bir həftə ərzində ölkədə koronavirusa yoluxma halları 21% artıb, cəmi yeddi gündə 1283 yoluxma halı qeydə alınıb.
Səhiyyə Nazirliyinin iclasında bildirilib ki, gün ərzində koronavirusa 235-ə qədər, həmçinin pnevmoniyaya onun əlamətləri ilə 40-a qədər yoluxma halı aşkarlanıb. Bu səbəbdən, sakinlərin maska taxması tövsiyə olunub.
Ayşən