Şagirdlərə smartfonlardan istifadə qadağan edildi

Şagirdlərə smartfonlardan istifadə qadağan edildi
DÜNYA
02:24 11.07.2024
237
İtaliya məktəblərində ağıllı telefonların istifadəsi ilə bağlı radikal qərar qəbul edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İtaliyada smartfonların sinif otaqlarında istənilən məqsədlə, o cümlədən təhsil üçün istifadəsi qadağan olunub.
 
Bu qərarı İtaliyanın Təhsil Naziri Cüzeppe Valditara verib.
 
Valditara məsələ ilə bağlı keçirilən konfransdakı çıxışında deyib:
 
"Növbəti tədris ilindən başlayaraq hər hansı məqsədlə mobil telefonlardan istifadəni qadağan edən sirkulyar imzalamışam. Çünki hesab edirəm ki, mobil telefonla yaxşı təhsil təmin oluna bilməz. Təkcə planşet və ya kompüterdən istifadə oluna bilər. Ancaq bu cihazlar da müəllimlərin rəhbərliyi altında istifadə edilməlidir". 

Valditara vurğulayıb ki, bu, müəllimlərə səlahiyyət verilməsi və məktəblərdə fərdi məsuliyyət prinsipinin yenidən qurulması üçün həlledici qaydaların tətbiqi istiqamətində mühüm addımdır.

Nazir bildirib ki, mobil telefonların aludəçilik alətinə çevrilməsinin, gənclərin yaşamaq sevincini oğurlamasının qarşısını almaq lazımdır.

Təhsil naziri onu da qeyd edib ki, bəzi məktəblərdə pilot layihələrdə xüsusilə inzibati tapşırıqlar üçün süni intellektə əsaslanan köməkçi elementlər sınaqdan keçiriləcək.
 
Oksana

OXŞAR XƏBƏRLƏR