Afrikanın 5 ölkəsində təhlükəli ağcaqanad virusu növləri aşkar edilib.
AZXEBER.COM xəbər verir ki, Afrikanın 5 ölkəsində təsbit edilən və malyariyanı daha sürətli ötürdüyü bildirilən ağcaqanad növünün Ganada da tapıldığı bildirilib.
Sağlamlıq Xidmətlərinin (GHS) baş direktoru Patrick Kuma-Aboagye verdiyi açıqlamada "Anopheles stephensi” adlı ağcaqanad növünün aşkar edildiyini bildirib.
Malyariya xəstəliyini daha tez ötürən bu növün fərqli iqlim şəraitinə uyğunlaşdığını ifadə edən Kuma-Aboaqye ölkədə bu növə qarşı mübarizəni koordinasiya etmək üçün xüsusi qrup yaradıldığını qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, vətəni Cənubi Asiya və Ərəbistan yarımadasının bir hissəsi olan "Anopheles stephensi” son 10 ildə Afrikanın 5 ölkəsində aşkarlanıb.
Ayşən