Daha bir media orqanı terrorçunu danışdırdı: Bu dəfə Azərbaycan əleyhinə

Daha bir media orqanı terrorçunu danışdırdı: Bu dəfə Azərbaycan əleyhinə
SOSİAL
02:04 22.07.2016
5142
İyulun 20-də Rusiyanın Lenta.ru saytında müxbir Aleksandr Şirokovun Dağlıq Qarabağ separatçılarınnı lideri Bako Saakyanla müsahibəsi dərc olunub.
Bununla bağlı olaraq Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Federasiyasının "Kütləvi informasiya vasitələri haqqında" qanununun 46-cı maddəsinə ("Cavab haqqı") əsaslanaraq internet-qəzetin redaksiyasına sözügedən müsahibə ilə bağlı şərhin dərc olunması üçün müraciət edib.
AZXEBER.COM Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Lenta.ru-nun redaksiyası sözügedən qanunun tələblərini kobud şəkildə pozaraq səfirliyin mövqeyini dərcindən imtina edib. Redaksiya Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə müsahibənin təşkil etməyi təklif edib.
Hazırda Azərbaycanla Ermənistan arasındakı münaqişənin dinc yolla nizamlanması üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Rusiya Federasiyasının müstəsna rol oynadığı intensiv danışıqların getdiyi bir zamanda Azərbaycanın Rusiyadakı səfiri belə müsahibə təklifini təxribat hesab edir və sözügedən internet nəşrinin suallarını cavablamağı məqbul saymır.
Yaranmış situasiyasını nəzərə alaraq səfirlik qarabağlı erməni separatçılarının liderinin Lenta.ru-ya müsahibəsi ilə bağlı mövqeyini açıqlamağı zəruri bilib.
"Bako Saakyanın müsahibəsinin dərci ilə bağlı redaksiyaya sual yaranır: niyə məhz indi, bu qədər informativ səbəblər - İrəvandakı məlum hadisələr hələ də davam edir - olduğu halda Dağlıq Qarabağ sepaatçılarının lideri Bako Saakyana tribuna verilir?
Məsələn, "Bu nə idi: savaş, təxribat, yoxsa güc nümayişi? Və nə üçün hər şey sürətlə başladığı kimi, sürətlə də başa çatdı?" sualını necə anlamalı?!
Məlumdur ki, son vaxtlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səyləri yetərincə fəallaşıb. May ayında Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşdülər, iyunda isə Rusiya prezidentinin dəvəti və bilavasitə iştirakı ilə Sankt-Peterburqda bir araya gəldilər. İyulun əvvəlində Rusiyanın XİN başçısı İrəvana yollanır, bir həftə sonra isə Bakıda səfərdə olur. Yəni Azərbaycanla Ermənistan arasında illərdən bəri davam edən münaqişənin nizamlanması üçün dünya birliyinin səyləri çərçivəsindəki ciddi işlər göz qabağındadır. Özü də Rusiya bu prosesdə müstəsna rol oynayır.
BMT üzvü olan bütün ölkələr, o cümlədən ATƏT-in Minsk Qrupunda həmsədr olan Rusiya, ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır və Azərbaycanla Ermənistanın münaqişə tərəfləri olduğu konfliktin nizamlanması üçün danışıqlar prosesinin irəliləyişinə çalışırlar.
Dünya birliyinin dəstəklədiyi çətin dialoq məhz bu formaatda inkişaf edir.
Bəs belədirsə, hər ehtiyatsız açıqlamanın onsuz da mürəkkəb informasiya fonunun daha da ağırlaşdıra biləcəyi bir vəziyyətdə Bako Saakyanın böhtanlarını yaymaq nəyə gərəkdi?! Xüsusilə də ki, onun dedikləri Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın rəsmi mövqeyinə ziddir və yaranmış situasiyadan çıxış yolunun aranmasına yönəlmiş səyləri alt-üüst edə bilər.
Aprel ayının əvvəllərində münaqişə zonasında tərəflərin silahlı qüvvələrinin təmas xəttində baş verənləri Konstitusiya qaydalarının bərpası (Rusiyanın Şimali Qafqaz bölgəsində olduğu kimi), antiterror əməliyyatı və müvəqqəti işğalda olan ərazilər üzərində nəzarətin bərpası adlandırmaq olar. Adları dəyişəndə məna dəyişmir. Tam aydındır ki, baş verənlər Azərbaycan tərəfdən "yeni savaş" və ya "təxribat", bəhs etdiyimiz müsahibədə qələmə verilməyə can atıldığı təki "sürətlə başlayıb sürətlə bitən" məsələ deyil - tam əksinə.
Artıq anlamaq gərəkdir ki, biz öz torpağımızdayıq və o torpağı mütləq azad edəcəyik - ya sülh yolu ilə, ya da hərb yolu ilə. Beynəlxalq məsələlər üzrə istənilən mütəxəssisə aydındıır ki, Azərbaycan heç bir halda özünə qarşı savaşa başlaya bilməz. Azərbaycana qarşı savaş 25 il əvvəl başlayıb, 1994-cıüı ildə əldə olunmuş atəşkəs rejimini (barışıq və ya sülh anlaşması yox, məhz atəşkəs) mülki əhalini və obyektləri intensiv artilleriya atəşinə tutan işğalçı Ermənistan qoşunları kobud şəkildə pozdular. Ermənistan qoşunları bu artilleriya atəşlərində tərkibində zəhərli ağ fosfor olan və beynəlxalq konvensiyalarla yasaqlanmış mərmilərdən də istifadə ediblər.
Təmas xətti boyunca, daha intensiv artilleriya atəşləri rayonunda olan Azərbaycan ordusunun azsaylı qüvvələri qısa müddətdə strateji yüksəklikəri azad edərək işğalçıların yeni hücuimlarının qarşısını aldılar, dinc sakinlərin başının üstünü almış təhlükəni aradan qaldırdılar.
BMT var, real dövlətlərin dünya birliyi tərəfindən tanınmış sərhədləri var, o sərhədləri əks etdirən xəritələr var. Orada tam aydın görünür ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Azərbaycanın tərkib hissəsidir. İndi o ərazilər erməni işğalındadır.
Bako Saakyan ATƏT-in Budapeşt sammitinə istinad edir. Həmin sammitin "Intensification of CSCE action in relation of the Nagorno-Karabakh Conflict" adlı qərarı ilə asanlıqla tanış olmaq mümkündür. Əgər o qərarın müxtəlif dillərə tərcüməsində - ermənilərin daxili istifadəsi üçün erməni dilinə mümkün tərcümə istisna olmaqla - Saakyan danışıqlar formatı, prosesdə Dağlııq Qarabağ ermənilərinin iştirakı barədə bir kəlmə taparsa, qoy, iqtibası paylaşsın.
İnformasiya məkanının Bako Saakyanın müsahibəsi təki dezinformasiyalarla çirklənməsi aşkar qeyri-məhsuldar səciyyəlidir və münaqişənini nizamlanmasına qarşı yönəlib. Belə müsahibənin Rusiyanın kütləvi informasiya vasitələrində peyda olması isə Rusiyanın bu çoxillik, təcili həllini tələb edən münaqişənin çözülməsində oynadığı müstəsna vasitəçilik roluna süni maneələr yaratmaq məqsədi güdür.
Dövri nəşrlərin bir zamanlar münaqişələrin alovlanması üçün münbit mühit yaradan belə materialların yenidən yayılmasına cəlb olunmasınaa yalnız təəssüflənmək olar", - səfirliyin bəyanatında deyilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
10:15 23.08.2025
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO