Daha bir MTN agenti həbs edildi - FOTO

Daha bir MTN agenti həbs edildi - FOTO
SOSİAL
10:45 11.08.2016
3013
DTK və MTN-in keçmiş agenti (keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən iş stajı olan agent), Azərbaycanda məşhur fırıldaqçı-dələduz, Ayaz Mütəllibovun Moskvada mühacirətdəki mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) Ağdamda həbs olunub.
Bu barədə virtualaz.org-a rayondakı mənbədən deyilib. Mənbəyə əsasən, Teylor Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-yə təhvil verilib.
2000-ci illərin əvvəllərində T.Fətişoğlu Moskvada mühacirətdə olan A.Mütəllibovun tərəfdarlarının sırasında, digər agentlərlə birlikdə MTN sıralarına daxil edilib.
Teylor Fətişoğlu iri məbləğdə dələduzluqda ittiham olunur. Fırıldaqçının toruna 20-dən çox vətəndaş düşüb ki, onlara 100 min manatdan artıq ziyan vurulub. MTN agentinin barəsində AR CM-nin 178-ci maddəsi üzrə cinayət işi başlanıb.
Qeyd edək ki, ötən ayın əvvəlində haqqin.az-da Ağdam rayon sakinlərinin şikayəti əsasında günün günorta çağı Teylor tərəfindən Ağdamda törədilmiş oğurluqdan bəhs edən yazı dərc edilmişdi. Bu əməlləri Teylor rayonun icra başçısı Raqub Məmmədovun adından istifadə edərək törətmişdi.
Dələduzun rayonun başçısı ilə yaxın münasibətlərindən burada çoxunun xəbəri var, buna görə də on minlərlə manat həcmində borc alınmış pullar Teylora etibar edilərək verilirdi ki, o bunun müqabilində kimisə hansı vəzifəyə işə düzəltsin. Lakin vəzifələri satın almaq mümkün olmadı. Aldadılmış vətəndaşlar Azərbaycan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdilər. Göründüyü kimi, istintaqın ilk əlamətləri sezilməkdədir.
Xatırladaq ki, jurnalist, MTN agenti Fikrət Fərəməzoğlunun həbsindən sonra Teylor Fətişoğlu ikinci ifşa edilmiş və Mahmudov cinayətkar qruplaşmasında fəaliyyət göstərmiş xüsusi xidmət agentidir. F.Fərəməzoğlu və T.Fətişoğlu uzun müddət MTN-in antiterror mərkəzi ilə əməkdaşlıq ediblər. MTN-dəki əlaqələrinə istinad edərək, F.Fərəməzoğlu və T.Fətişoğlu, həmçinin xüsusi xidmət orqanlarının gizli əməkdaşları şəbəkəsinə daxil olan digər jurnalistlər iş adamlarını və başqa-başqa işgüzar dairələri öz saytlarında ifşaedici materialların dərci ilə qorxudaraq reketlə məşğul olublar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək