Müəllimlərin bugünkü sertifikatlaşdırma imtahanında daha bir müəllim yüksək nəticə əldə edib.
Bu barədə AZXEBER.COM-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Şəmkir şəhəri Kimya-biologiya təmayüllü liseyin biologiya müəllimi Samirə Eldar qızı Məsimova sertfikasiya imrahanından 60 bal toplayıb.
Qeyd edək ki, Gəncə şəhər 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva da maksimum nəticə göstərərək 60 bal toplayıb.