Müğənni Ruhəngiz Allahverdiyeva ötən gün avtomobil qəzasına düşüb.
AZXEBER.COM Show.az-a istinadən xəbər verir ki, Hadisə baş verən zaman müğənninin yanında dostları da olub. Daxil olan məlumata görə, Ruhəngiz Allahverdiyeva avtomobil sürməyi öyrənmək istəyirmiş.Gecə saatlarında baş verən hadisə Dərnəgül şossesində olub. Ağ rəngli “KİA Sportage” markalı avtomobildə qəza keçirən müğənninin vəziyyəti hazırda yaxşıdır.