Daha bir nəfər Azərbaycana ekstradisiya edildi

SOSİAL
12:05 06.08.2020
350
Azərbaycan Baş Prokurorluğu Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkə ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycana ekstradisiya edilməsi barədə sorğu edilib.

Qurumdan AZXEBER.COM-a daxil olan məlumata görə, Fədail Quliyevin 2017-ci ildə Bakı şəhərində Türkiyə vətəndaşı Kaman Eyyup Hakandan satış məqsədilə 500 min ədəd saxta aksiz markası sifariş edərək ölkəmizdə satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib və bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Fədail Quliyevin Gürcüstan ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə sonuncu ölkəmizə ekstradisiya edilib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet