Daha bir nəfər Xəzərdə boğuldu

Daha bir nəfər Xəzərdə boğuldu
SOSİAL
16:35 08.08.2017
741
Gündüz saatlarında Xəzərdə batan şəxsin cəsədi aşkar edilib.
 
FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Qasımov Salehin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:05-də başa çatıb.​
OXŞAR XƏBƏRLƏR