Müsavat Partiyasının keçmiş üzvü Amid Süleymanov saxlanılıb.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
A.Süleymanovun Binəqədi rayonunda yaşadığı mənzildən aparıldığı və 5-ci Polis Bölməsinə saxlanıldığı barədə məlumat yayılıb.
Onun saxlanılmasının səbəbi məlum deyil.
Qeyd edək ki, A.Süleymanov hazırda Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının və NİDA-nın üzvüdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə barədə məlumatlı deyillər.
Qafqazinfo.az