Daha bir partiya seçkilərdə İlham Əliyevi dəstəkləyəcək

Daha bir partiya seçkilərdə İlham Əliyevi dəstəkləyəcək
Siyasət
17:30 29.07.2013
1643

“Ötən gün Yurddaş Partiyası beşinci qurultayında yekdilliklə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləmək haqqında qarar çıxarıb”. Bunu Yurddaş partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, Qurultayda 56 rayon təşkilatından 110 nümayəndə iştirak edib: “Burada oktyabrda keçiriləcək prezident seçkilərilə bağlı məsələ müzakirə olunub. Həmçinin Qurultay yekdilliklə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləmək haqqında qarar çıxarıb. Qurultayda hesab edildi ki, ölkə rəhbəri İlham Əliyev xalq qarşısında içdiyi anda tamamilə sadiq qalıb. O, Azərbaycan Respublikasının Prezidenti olaraq, ölkə Konstitusiyasına həmişə əməl edib. Eləcə də Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü hər zaman qoruyub və xalqa ləyaqətlə xidmət edib. Bu illər ərzində İlham Əliyev özünün parlaq fəaliyyəti nəticəsində Azərbaycanı nəinki regionun, Şərqi Avropanın, bütövlükdə dünyanın ən inkişaf etmiş ölkələri sırasına gətirib çıxarıb. Həmin illərdə ölkəmiz, dövlət həyatının bütün sahələrində misli görünməyən inkişaf yolu keçib. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin əvəzsiz xidmətləri nəticəsində mümkün olub. Azərbaycan bu gün dünyanın ən nüfuzlu dövlətləri sırasındadır. Bunun bariz nümunəsi kimi dövlətimizin BMT TŞ-nın qeyri-daimi üzv seçilməsini misal göstərə bilərik. Bildiyiniz kimi, Azərbaycanda ən mötəbər mədəniyyət, siyasət, beynəlxalq tədbirlər keçirilib. Bütün bunlar hamısı ondan xəbər verir ki, ölkəmiz bu gün hörmətə layiq, güvənli və inkişaf etmiş dövlətdir”.

Mais Səfərli bildirib ki, İlham Əliyev yenidən Azərbaycanda prezidentliyə ən güclü, layiqli namizəddir: “Qurultay ölkə başçısının seçki kampaniyasının aparılması üçün YAP-a dəstək olaraq, özünün seçki qərargahını yaradıb. Qərargahın sədri mən özüməm. Biz əlimizdən gələni edəcəyik ki, İlham Əliyevin gördüyü işlər barəsində xalqımıza, eləcə də dünya ictimaiyyətinə daha dolğun məlumatlar çatdıraq və prezidentin seçki qərargahına dəstək olaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək