Daha bir piyada yol qəzasının qurbanı oldu

Daha bir piyada yol qəzasının qurbanı oldu
SOSİAL
14:25 14.08.2018
2987
Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Goranboy rayon sakini Məmməd Tağıyev idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Səkinə Bağırovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR