Daha bir populyar müğənni YAP-ın üzvü oldu

ŞOU-BİZNES
13:00 07.03.2011
1581

Bu barədə müğənninin prodüseri Pərviz Əsgərov məlumat verib. Onun sözlərinə görə, martın 7-də YAP Nərimanov rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yığıncaq keçirilib. Tədbirdə Azərbaycanın gənc və sevilən müğənniləri ilə yanaşı, Sevda Yahyayeva da iştirak edib. Yığıncaqda gənc müğənniyə YAP-ın üzvlük vəsiqəsi təqdim olunub. 

Qeyd edək ki, daha öncə müğənnilər Səfurə Əlizadə və Aysel Teymurzadə də YAP-a üzv olublar. //lent.az

 

OXŞAR XƏBƏRLƏR