Daha bir süpürgəçini maşın vurdu

Daha bir süpürgəçini maşın vurdu
SOSİAL
12:57 01.01.2019
11426
Gəncədə Təmizlik İdarəsinin işçisini avtomobil vurub.

AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, Təmizlik İdarəsinin işçisi, 1952-ci il təvəllüdlü Şərifova Gülçöhrə yolu süpürən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb. 

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR