Daha bir tanınmış klub 'Land of fire Azerbaijan' yazısıyla meydana çıxacaq

İDMAN
18:15 18.07.2013
2378
Fransa Liqa 2-də mübarizə aparan “Lans”ın prezidenti Jerve Martel azərbaycanlı iş adamı, “Baghlan group”un sahibi Hafiz Məmmədovun bu klubun səhmlərini alması ilə əlaqədar bu gün mətbuat konfransı keçirib. 
Fransa təmsilçisinin rəhbəri bildirib ki, 2013/14 mövsümündən etibarən “Lans” üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan formalarla meydana çıxacaq. Beləliklə, Madridin “Atletiko” klubundan sonra “Lans” “Land of fire Azerbaijan” formasını geyinən Avropanın ikinci tanınmış komandası olacaq. “Lans”ın səhmlərinin 60 faizi Məmmədova, 40 faizi isə Jerve Martelə məxsusdu. /// futbolpress.az
OXŞAR XƏBƏRLƏR