“Daha futboldan danışmayacam” – “Real”ın dünya çempionu olacağını deyən deputat

SOSİAL
15:08 02.07.2018
8559
Milli Məclisin deputatı Azər Badamovun Rusiyada keçirilən dünya çempionatında İspaniyanın "Real” (Madrid) klubuna azarkeşlik edəcəyini və bu klubun dünya çempionu olacağını deməsi ciddi ajiotaj yaratdı.
 
Bəs görəsən millət vəkili Azər Badamov qarşıdakı mərhələdə hansı komandaya azarkeşlik edəcək.
 
AZXEBER.COM məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamovu danışdırıb. Portalımıza açıqlamasında millət vəkili bildirib ki, o bundan sonra heç bir komandaya azarkeşlik etməyəcək: "Mən demişdim ki, "Real”ın əsas heyəti İspaniya millisində oynayır və bu səbəbdən ispanlara azarkeşlik edirəm. Bunu başqa cür təqdim etdilər. Daha futboldan danışmayacam”.
 
"Bəs sizin növbəti favoritiniz kimdir” sualına cavabında isə millət vəkili söylədi ki, "Dedim axi mən futbolla bağlı danışmayacam”.
 
// Azər Niftiyev, AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR