Daha güclü Azərbaycan naminə çalışan Qasım İbrahimov şəhid ailəsi ilə görüş keçirmişdir.
Qasım İbrahimov: Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir. Biz də #DahagüclüAzərbaycannaminə çıxdığımız yolda bu gün Qiyamadınlı kəndinin şəhidi Qurbanov Şaban Qulu oğlunun evində olub, ailə üzvləri ilə onlara göstərilən diqqət və qayğıdan danışdıq.