"Bank Respublika” ilə "Rabitəbank”da bağlanma təhlükəsi- Hər iki bank birləşmə qərarı alır

HADİSƏ
12:26 16.10.2017
5041

"Bank Respublika” və "Rabitəbank” ASC-lər arasında mümkün konsolidasiyaya dair danışıqlar başlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report”a bank dairələrindən məlumat verilib.

Bununla belə, hələ ki, konsolidasiyanın hansı formada olacağı, yəni, banklardan birinin digərinə birləşəcəyi və yaxud iki bankın birləşməsi ilə bazara yeni ad altında bankın daxil olacağı məlum deyil.

Qeyd edək ki, bir müddət bundan öncə "Rabitəbank” ASC-nin İdarə Heyətinə (İH)  sədr müavini "Bank Respublika” ASC-də İH-nin sədr müavini vəzifəsini daşıyan Rəfael Qasımov təyin edilmişdi. Bundan başqa bir qədər əvvəl adları çəkilən banklar bankomat şəbəkəsini birləşdirib və müştərilərinə bir-birinin bankomatlarından komissiyasız istifadə etmək imkanı yaratmışdı. 


 


OXŞAR XƏBƏRLƏR