Polşa və Qazaxıstan səfərbərlikdən qaçan Rusiya vətəndaşlarını qəbul etmir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyada elan edilən qismən səfərbərlikdən sonra vətəndaşlar başqa ölkələrə qaçırlar. Rusiya vətəndaşlarının sıx şəkildə qaçdığı iki ölkə diqqətçəkən açıqlama verib.
Belə ki, Polşa Baş nazirliyi və Qazaxıstanın daxili işlər naziri Marat Ahmetcanov Rusiyada qismən səfərbərlik qərarından qaçmaq üçün Qazaxıstana gələnlərii ölkələrinə geri göndərəcəklərini açıqlayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərliyi nəzərdə tutan fərman imzalayıb. O, ölkəsinin xalqına və Ukraynanın şərqindəki qondarma Donetsk Xalq Respublikası (DHC), Luqansk Xalq Respublikası (LHC) və Xerson ilə Zaporojye vilayətlərinin sakinlərinə müraciət edərək qismən səfərbərlik elan etdiyini bəyan edib.
Ayşən