Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı

Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı
SOSİAL
21:48 18.05.2026
582
"Azərbaycandan həcc ziyarətinə yola düşən zəvvarları daşıyan növbəti iki təyyarə bu gün havaya qalxıb".

Bu barədə AZXEBER.COM-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

O qeyd edib ki, bununla da həcc ziyarətinə yola düşən üçüncü və dördüncü zəvvar qrupları yola salınıb.

Xatırladaq ki, 2026-cı ildə bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti 6 100 ABŞ dolları təşkil edir.
OXŞAR XƏBƏRLƏR