Daha irəli addımlar atacağıq - Netanyahudan TƏHDİD

Daha irəli addımlar atacağıq - Netanyahudan TƏHDİD
DÜNYA
12:08 03.03.2025
268
"İsrailin Ağ Evdə ən böyük dostu bu dostluğu hər gün göstərən prezident Trampdır”.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrailin Baş Naziri Benyamin Netanyahu Trampa etdiyi təşəkküründə deyib.
 
Belə ki, Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasının birinci mərhələsi başa çatdıqdan sonra İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-a təklif edilən şərtləri qəbul etməsə və israilli məhbusları təslim etməsə, əlavə addımlar atacaqları ilə hədələyib.
 
Trampın Qəzza zolağında fələstinliləri köçürmə planı və İsrailin istədiyi silahları göndərməklə bu dostluğu açıq şəkildə göstərdiyini söyləyən Netanyahu, Trampın İrana qarşı "işi bitirmək” üçün sursat göndərməklə və məhbusları azad etməsi üçün Həmas-a təzyiq etməklə İsrailə kömək etdiyini iddia edib.

Netanyahu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoffun "müvəqqəti atəşkəsi 50 gün uzatma"planına cavab olaraq deyib:
 
"Bu müddət ərzində Qəzzada müharibəni bitirəcək daimi atəşkəs şərtlərini müzakirə edə bilərik”.

Bu plana görə Qəzza zolağında qalan israilli məhbusların yarısının dərhal, qalan yarısının isə daimi atəşkəslə bağlı razılıq əldə olunarsa azad ediləcəyini bildirən Netanyahu, İsrailin bu planı qəbul etdiyini, HƏMAS-ın isə bunu rədd etdiyini bildirib.
 
Oksana

 

OXŞAR XƏBƏRLƏR