Dahi Azərbaycan şairinin əsəri dünya səhnəsinə çıxır

MƏDƏNİYYƏT
17:17 14.03.2019
6794
Orta əsr Azərbaycan şairi mütəfəkkir və filosof Məhəmməd Füzulinin "Su Qəsidəsi" ilk dəfə olaraq oratoriya şəklində şəxsi heyətlə birgə səhnədə nümayiş olunacaq.
 
AZXEBER.COM–un Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Su Qəsidəsi " oratoriyası mart ayının 19-u Türkiyədə Cemal Reşit Rey konsert salonunda izləyicilərin görüşünə gələcək.
 
Konsertdə orkestr və saz çalan heyətindən savayı, tarda İsmayıl Zülfüqarov, balabanda Nicat Məsimov, kanonda Turgut Özüfler, neydə Burcu Karadağ, pianoda Tutu Aydınoğlu, kamançada isə Elvin Novruzov və Neva Günaydın ifa edəcəklər.
 
Solist olaraq isə tenor səsli Caner Akın soprano səsli Bengisu Çimen və Zabitə Əliyeva səhnədə yer alacaq.
 
"Su Qəsidəsi" Oratoriyasında klassik qərb instrumentləri, xor, soprano, tenor Türk musiqisi instrumentləri və sənətkarlar üçün partisyonlar hzırlanıb.
 
9 hissədən ibrət olan qəsidənin hər hissəsinə onunla əlaqədar fəsillərdən başlıqlar qoyulub :"Könlümdəki Odlar", " Üzün Gülzar", "Qəm Günü", "Susuzam Səhrada", "Əhmədi-Muxtar", "Ya Həbibillah", "Şəbi-Mirac", "Dil-Məcruh", və "Eşq Bu". "Su Qəsidəsi " Oratoriyası, Türk mədəniyyətini, şeirini, musiqisini və inanclarını beynəlxalq arenada tanıdmaq məqsədi ilə təşkil olunub.
 
Eyni zamanda gənc nəsillərin sahib olduqları dəyərlərin fərqinə varması və bu dəyərlərə sahib çıxmasına kömək etmək əsas hədəflərdəndir.
 
Tahirə Nur

OXŞAR XƏBƏRLƏR