"Dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən hələ də xəbər yoxdur"

"Dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən hələ də xəbər yoxdur"
SOSİAL
15:40 09.02.2023
260
Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin axtarışları davam etdirilir.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Türkiyədə itkin düşən azərbaycanlı tələbə Samir Quliyevin qohumu Ramal Şəmşədli deyib. 

O bildirib ki, tələbələrin yaşadığı binadan yaralı şəxslər çıxarılıb, ancaq onların şəxsiyyəti bəlli deyil: "Bununla bağlı xəstəxanalarla danışırıq. Hələ ki, yeni bir xəbər yoxdur. Olan kimi sizinlə paylaşacağıq".
 
Qeyd edək ki, Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə zəlzələ nəticəsində baş verən dağıntılar altında qalıb. 
OXŞAR XƏBƏRLƏR