"Dağıntılar altında qalanların köməyinizə ehtiyacı var" - Arda Turan

DÜNYA
12:02 06.02.2023
484
Keçmiş futbolçu Arda Turan dünyaya yardım çağırışı edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçu Arda Turan dünyaya yardım çağırışı edib. O, ilk paylaşımında "Tez sağal Türkiyə" ifadələrini işlədib. "Qalatasaray”la yanaşı "Atletiko Madrid” və "Barselona”nın formasını geyinən və bütün dünyada izləyiciləri olan Turan daha sonra növbəti paylaşım edib və dünyanı köməyə çağırıb.
 
İngilis və türkcə yazdığı statusda dağıntılar altında qalanların yardıma ehtiyacı olduğunu bildirib: "Türkiyə dördüncü səviyyəli həyəcan vəziyyəti elan etdi. "4-cü səviyyə" həyəcan vəziyyəti beynəlxalq yardım çağırışını ehtiva edir. Dünyanın müxtəlif yerlərində olanlar bu mesajı oxuyurlar. Ölkəmdə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalanların xilas olmaq üçün sizin köməyinizə ehtiyacı var".
 
Günel

 

 


  

OXŞAR XƏBƏRLƏR