"Qalatasaray"ın vitse-prezidentinin xanımı da koronavirusa yoluxdu

DÜNYA
11:40 23.03.2020
3547
"Qalatasaray"ın vitse-prezidenti Abdurahim Albayrakın xanımında koronavirus aşkarlanıb.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Abdurahim Albayrakın xanımı Şükran Albayrak koronavirusa yoluxub.

Bu barədə məlumatı "Hürriyet" qəzetinin yazarı Mehmet Üstündağ yayıb. Onun dediyinə görə cütlük karantinə alınıb.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 339234 nəfər yoluxub. 14703 nəfər bu virusdan ölüb, 99014 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.

OXŞAR XƏBƏRLƏR