Hatayın Antakya rayonunda xilasetmə işlərinin davam etdiyi dağılmış binanın dağıntıları üzərində qalan "burda bir qızım var" yazılmış qeyd izləyənləri təsirləndirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələdə Hatayın mərkəz mahalı Antakyada çoxlu bina dağılıb. Akevler rayonunda 7 mərtəbəli binanın dağıntıları altında qalan 15 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Zəlzələdən sağ çıxan şəxs tərəfindən dağıntıların üzərinə yazdığı düşünülən "Burada qızım var, lütfən. 13.02.2023" yazısı olan qeyd görənləri təsirləndirib.
Ayşən