Dağıstanda naməlum şəxs bıçaqla polis əməkdaşlarına hücum edib

Dağıstanda naməlum şəxs bıçaqla polis əməkdaşlarına hücum edib
DÜNYA
02:35 01.12.2025
116
Dağıstanın Respublikasının Dərbənd rayonundakı nəzarət-buraxılış məntəqəsində naməlum şəxs bıçaqla polis əməkdaşlarına hücum edib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə polis əməkdaşları silahdan istifadə edərək hücum edən şəxsi zərərsizləşdirib.

"Təxminən saat 21:00-da Dağıstan Respublikasının Dərbənd rayonundakı Cemikentski nəzarət-buraxılış məntəqəsində xidmət aparan polis əməkdaşlarına bıçaqla silahlanmış naməlum şəxs hücum edib. Polis haqqında federal qanuna uyğun olaraq, avtomatik odlu silahlardan istifadə edilib. Hücum edən şəxs ölümcül yaralanıb", - məlumatda bildirilir.

Polis əməkdaşları arasında xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır və bir sıra əməliyyat tədbirləri görülür.

/APA
OXŞAR XƏBƏRLƏR