Dağıstanda saxlanılan iki yüz azərbaycanlı azad edilib

Dağıstanda saxlanılan iki yüz azərbaycanlı azad edilib
SOSİAL
17:41 14.02.2017
929

 

Dərbənddə fevralın 12-də tikinti sahəsində Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Azərbaycan vətəndaşları azad edilib.  

Bu barədə "Sputnik Azərbaycan”a Dərbənd Şəhər Polis İdarəsindən bildiriblər. 

Bazar ertəsi hüquq-mühafizə əməkdaşları iki yüz Azərbaycan vətəndaşını saxlayıblar. Onların hamısı Dərbənddə əmək fəaliyyəti üçün icazə olmadan çalışırdılar. Mühacirlər Stroitelni küçəsində dənizkənarındakı yaşayış kompleksinin tikintisində çalışırdılar. 

Azərbaycanlıların hamısı azad edilib, onlardan bəziləri öz iş yerinə qayıdıblar. Şəhər polisində mühacirlərə Dağıstanda qalmaları və iş üçün xüsusi icazə almalı olduqları başa salınıb. Bu icazəni almağa çalışmayanlar deportasiya ediləcək.  

Bununla yanaşı, məlumata görə, Dağıstanda inşaatda çalışan adam günə 1000 rubl alır. Ustanın maaşı isə günə 2-3 min edir. İnşaat sektorunda bir il üçün patentin qiyməti 12 min rubldan ibarətdir.  


OXŞAR XƏBƏRLƏR