“Dakar” rallisinin dördqat qalibinin ayağı amputasiya ediləcək

DÜNYA
06:31 17.02.2025
267

Yol qəzasında aldığı zədə səbəbindən "Dakar” rallisinin dördqat qalibi, fransız Matye Bomelin ayağı amputasiya ediləcək.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

Yanvarın 28-də Monte-Karlo rallisi zamanı Bomel avtomobildə yaranan nasazlığı düzəltmək üçün yolun kənarında dayanıb. Bu zaman digər avtomobil onu vurub.

Qeyd edək ki, 49 yaşlı Bomel 2015, 2019, 2022 və 2023-cü illərdə "Dakar” rallisinin qalibi olub. O, qətərli Nasser əl-Attiyahın şturmanı olub.
OXŞAR XƏBƏRLƏR