"Dağlıq Qarabağ münaqişəsi bütün dünya üçün bir təhdiddir" - Elmar Məmmədyarov

"Dağlıq Qarabağ münaqişəsi bütün dünya üçün bir təhdiddir" - Elmar Məmmədyarov
SİYASƏT
11:10 05.04.2018
4993
Dünyada sülhün və sabitliyin, iqtisadi inkişafın təmin olunması üçün beynəlxalq hüquqa hörmət olunmalıdır.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

E.Məmmədyarov deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təkcə region üçün deyil, bütün dünya üçün bir təhdiddir.

Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülhün təmin olunması və iqtisadi inkişaf üçün əsas maneədir.

O bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib, lakin təəssüflər olsun ki, indiyə qədər bu qətnamələr yerinə yetirilməyib. BMT-dən əlavə çoxlu sayda beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul edib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbul edilməzdir. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır.

E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə münaqişələrin beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli üçün əlindən gələni edəcək.

Nazir bildirib ki, Azərbaycanın regionun iqtisadi inkişafında rolu artmaqdadır: "Azərbaycanın nəqliyyat və enerji layihələrin həyata keçirilməsi təşəbbüsü ilə beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlıq etməsi regionda əməkdaşlığın inkişafına öz töhfəsini verib".

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan ötən illər ərzində böyük infrastruktur, nəqliyyat və enerji layihələri həyata keçirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
14:21 17.03.2026
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert
14:14 17.03.2026
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert