‘Dağlıq Qarabağ probleminin həlli sonuna yaxınlaşmaq üzrədir’ - Baş nazirin müavini

‘Dağlıq Qarabağ probleminin həlli sonuna yaxınlaşmaq üzrədir’ - Baş nazirin müavini
SİYASƏT
12:32 30.08.2013
1495

Dağlıq Qarabağ probleminin həlli sonuna yaxınlaşmaq üzrədir. Trend xəbər verir ki, bunu jurnalstlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. 31 avqust Qubadlı rayonunun işğal günü olduğunu xatırladan Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri yaxın gələcəkdə azad ediləcək: "Biz çox təəssüf edirik ki, hələ ki, yalnız işğal günlərinə yığışıb toplaşırıq. Biz tam əminik ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yaxın gələcəkdə biz mütləq qələbə gününə yığışacağıq. Hesab edirik ki, gün gələcək bu torpaqlar azad olunacaq. Biz Qubadlı camaatı ilə Azərbaycanın dilbər güşələrinin birində - Qubadlıda mütləq görüşəcəyik. Baxmayaraq ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyi ilə bu problemin həllini uzadır, ancaq bu problemin sonu yaxınlaşmaq üzrədir. Ölkə Prezidenti necə ki, Azərbaycan dövlətini, xalqını, Azərbaycanı bütün dünyaya qısa müddətdə tanıdıb, bütün dünyanın maraq mərkəzinə çevirib, bu problemin də həllinə nail olacaq. Hesab edirik ki, ölkədə bu problemdən başqa ciddi problem qalmayıb. Yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir və bu da öz həllini tapacaq." Ə. Həsənovun sözlərinə görə, Prezident İlham Əliyev ölkədə olan 1 milyon 200 min qaçqın və məcburi köçkünlərin həyat şəraitini tam təmin edib, onların bütün sosial problemləri öz həllini tapıb: "Bu gün dünyanın bütün münaqişə zonalarında ən yaxşı təminat Azərbaycan qaçqın və məcburi köçkünlərinə aiddir. Bunu BMT-nin qaçqınlar üzrə ali komissarı öz çıxışlarında dəfələrlə bəyan edib. Ötən il ərzində orta hesabla bir məcburi köçkünə 1350 ABŞ dollarına qədər vəsait sərf olunub. Son 20 ildə isə bu sahəyə 5,4 milyard dollar sərf olunub. Bunun 81%-i Prezident İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə baş verib. Bu ilin sonunadək məcburi köçkünlər üçün tikilən bütün qəsəbələrin sayı 82-yə, köçürüləcək əhalinin sayı isə 180 min nəfərə və ya 35 minədək ailəyə çatacaq. Bütün bunların 91%-i son 10 il ərzində həyata keçirilib. Yəni bu qədər iləri görən Prezident mütləq bu torpaqların azad olunmasına nail olacaq. Biz də mütləq yaxın gələcəkdə sizlərlə həmin torpaqlarda görüşəcəyik."

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib
22:35 10.03.2026
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib