Yanvarın 14-dən 15-ə keçən gecə işğal olunmuş Dağlıq Qarabağda separatçı rejim ordusunun 20 yaşlı əsgəri Ayk Makaryan ölüb.
APA– nın “Novosti-Armenia” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə şimal istiqamətində yerləşən hərbi hissələrin birinə olub. A.Makaryanın xəstəlikdən öldüyü bildirilir.
Əsgərin ölümünün səbəblərinin araşdırılması üçün istintaq aparılır.