Damla 500 manata görə Manaf Ağayevi aldatdı: "Sənin kim olduğunu deyəcəm..."

Damla 500 manata görə Manaf Ağayevi aldatdı: "Sənin kim olduğunu deyəcəm..."
MAQAZİN
16:16 07.08.2017
24241
Müğənni Damla yenidən toyla bağlı qalmaqalla yadda qalıb.
 
Metbuat.az xəbər verir ki, müğənni dünən "Neolit” restoranında baş tutan toy üçün beh alsa da, toya gəlməyib. Müğənnilər Şəbnəm Əsədova və Manaf Ağayevin iştirak etdiyi toyda Damla bir saat çıxış üçün 1500 manat tələb edərək, 500-nü beh kimi öncədən alıb. Toya gəlmədiyi üçün qəzəblənən ev yiyəsi Damlaya görə beh verdiyi müğənni Manaf Ağayevlə mübahisə edib və bu azmış kimi toy qonorarını ödəməyib. Toya görə 8000 manat almalı olan M.Ağayev və dəstəsi evə bir qəpiksiz qayıdıblar.
 
Məsələ ilə bağlı Damla ilə əlaqə saxlamağa çalışdıq. Köməkçisi bildirdi ki, belə bir problem olmayıb, M.Ağayevlə aralarında yüngül anlaşılmazlıq yaranıbmış, onu da qaradan qaldırıblar.
 
M.Ağayev isə Metbuat.az-a olanları təsdiqlədi: "Deyilənlərin hamısı düzdür. Kim Damlaya yüksək beh verirsə, adam ora qaçır. Bizim getdiyimiz toya 500 manat beh verilmişdi. Kimsə Şəmkirdən 1000 manat beh verib deyə, həmin toya gedib. İnsan düşünmür ki, adamı pis vəziyyətdə qoyur. Mən kimə söz verirəmsə, sözümün üstündə dururam. Ancaq Damla məni pis vəziyyətdə qoyub. Özünə də dedim gətirib behi qaytarmasan, cəmiyyətə sənin kim olduğunu açıqlayacam. Əslində, başqa toya getmək istəyən adam əvvəlcədən deməlidir. Bu heç həmin gün də olsa, zəng etməyib ki, gəlməyəcək. Sadəcə həmin gün Massallıdakı aldatdığı toy evinin yiyəsi mənə zəng elədi ki, Damla başıma bu hadisəni gətirib. Mən də zəng elədim Damlaya, o da dedi ki, qətiyyən ola bilməz, mütləq beh aldığı toya gələcək. Ancaq gəlmədi. Zəng elədim ki, Damla, bəs beh almısan, məni pis vəziyyətdə qoyub gəlmədin. Yaxşı da bir bəhanəsi var, aldatdığı toy sahiblərinə həmişə deyir ki, həmin toya getməsəydi, onu öldürəcəkdilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
12:14 21.10.2026
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
11:46 21.10.2026
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
Bu şəxslərə pulsuz torpaq veriləcək
11:31 21.10.2026
Bu şəxslərə pulsuz torpaq veriləcək
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
11:29 21.10.2026
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
11:02 21.10.2026
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
11:01 21.10.2026
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:56 21.10.2026
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
10:52 21.10.2026
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var