Damlanı yıxıb-sürüdü: "Yekəxana, işi düşəndə gəlir"

Damlanı yıxıb-sürüdü: "Yekəxana, işi düşəndə gəlir"
MAQAZİN
16:21 04.04.2019
5881
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) müğənni Damla ilə bağlı gözlənilməz sözlər deyib. 

Tolik "Hər şey daxil" verilişində sənətçinin ünvanına tənqidlər səsləndirib:

"Damlada yekəxanalıq var. Düşünür ki, bu gün yüksəkdədir deyə edir. İşi düşəndə, dəstək gözləyəndə yığır. Hər şey səngiyəndə başlayır ki, mənim düşmənlərim. 

İndi fanatları bunu yayımlayıb, deyəcəklər, bir həftə əvvəl efirinə çağırıb tərifləyirdin. Sizin sözlərinizlə yaşamıram, sözünüzün mənim üçün anlamı yoxdur, ciddiyə almıram. Elə adamlar görmüşəm ki, efirimə gəlib, gedib haqqımda pis danışım, sonra yenə də aparıcısı olduğum proqrama gəliblər. Ona görə də sizin yazdıqlarınız önəmsizdir, özünzü yormayın. Qatar öz yolu ilə gedir".
 
///Axşam.az
OXŞAR XƏBƏRLƏR