Damlaya ağır itki “ O insanın ölümün pis qəbul edirəm” - FOTOLAR

Damlaya ağır itki “ O insanın ölümün pis qəbul edirəm” - FOTOLAR
MAQAZİN
17:48 26.05.2017
1849
 
Müğənni Damla mətbuat nümayəndələrin bir araya yığıb.
 
AZXEBER.COM xəbər verir ki, müğənni media işçilərin sualların cavablandırıb. Müğənni onun dəvətini qəbul edib gələn jurnalistlərə təşəkkür edib:
"Bura gələn hər bir qələm əhlinə təşəkkürümü bildirirəm. Biraz gecikdim üzr isdəyirəm. Mənim üçün çox dəyərli bir insanın ölüm xəbərini eşitdim. 15-20 dəqiqə stres yaşadım. Başqa bir sənətçi olsaydı təxirə salardı, amma mən dərman içib gəldim. Elə bir insandır ki, onun ölümünün ağır qəbul elədim.”
 
Müğənni Almanya konsertində biletlərin satılmadığından təxirə salındığı haqqında xəbərlərin şaiə olduğunu deyib: "Almanyada mənimlə yanaşı bir çox müğənnilər də gedəcəkdi. Səfirlik də bir çox sənədlər tələb olunur. Biz sənədləri hazırlayıb, vizamızı aldıq. Biletlər satılmadı söhbəti yalnışdır. Bizim həmvətənlilərimizin istəyi ilə ora dəvət almışdıq. Hansı təşkilatçı biləti satılmayan müğənniyə konsert təklifi edər? İnşallah, gələn ay başqa dövlətə dəvət aldıq. Gələn ay gedirik”.
 
Damla Rusiyada ona qarşı "stop” qoyulması ilə bağlı xəbərlərdən də danışıb: "Belə bir xəbər doğrudur. Toya dəvət almışdı. Həmin vaxt deyəsən rusların əsəbi vaxtına düşmüşdüm. Amma heç bir əsas tapa bilmədilər. Həftə də 3-4 dəfə gedirdim. Onlar da bundan şübhələndilər. Fikirləşdilər ki, bu insan niyə tez-tez glib gedir. Dostlarımız sağolsun, az bir məbləqlə bunu həll etdik. İnşallah, yaxın zamanlar da yenidən gedəcəyik.”
 
Müğənni "Pulsuz ev şənliklərin də iştirak etmisiz?” sualına isə belə cavab verib: "Çox olub ki, toy məclislərinə pulsuz qatılmışam. Bəzən deyirlər Damla toya ucuz gedir. Sonra maraqlanırlar görürlər ki, normal qonararlar qarşılığın da iştirak edirəm”.
 
Damla şəxsi həyatında da sevgi yaşadığını etiraf edib: "Hər bir insanın qəlbinin dərinliyin də kiçik sevgi olur. Mən də insanam, mənim də sevdiyim insan əlbətdəki var. Sevilirəm, çox xoşbəxtəm”.
 
Nazim Qasımzadə
 


OXŞAR XƏBƏRLƏR