Danimarka ukraynalı pilotlara F-16 təlimi verəcək

Danimarka ukraynalı pilotlara F-16 təlimi verəcək
DÜNYA
20:28 23.08.2023
182
Danimarka ABŞ istehsalı olan F-16 qırıcı təyyarələrini idarə etmək üçün ukraynalı pilotları öyrətməyə başlayıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Danimarka F-16 qırıcılarını Ukraynanın xidmətinə pulsuz təqdim etmək öhdəliyinin bir hissəsi olaraq səkkiz ukraynalı pilot üçün F-16 təlimlərinə başlayıb.

Pilotlarla yanaşı, 65 ukraynalı mütəxəssisə F-16-lara texniki qulluq üzrə təlim keçiləcək.

Bildirilib ki, ukraynalı pilotlar və texniki xidmət üzrə mütəxəssislər Danimarkanın Skrydstrup aviabazasına gəliblər.

Danimarkanın baş naziri Mette Frederiksen 20 avqust bazar günü Ukraynaya 19 ədəd F-16 qırıcısı tədarük edəcəklərini açıqlayıb.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR