Danimarkada məktəbə hücum planı - 15 yaşlı şagird saxlanıldı

Danimarkada məktəbə hücum planı - 15 yaşlı şagird saxlanıldı
DÜNYA
12:09 08.08.2025
231
Danimarkanın cənub-şərqindəki Koldinq şəhərində özəl məktəbə atışma planlaşdırmaqda şübhəli bilinən 15 yaşlı oğlan saxlanılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, polis hücumun üç tələbə tərəfindən planlaşdırıldığını bildirib. Digər iki şübhəli isə dindirildikdən sonra sərbəst buraxılıb.

Cənub-Şərqi Jutland bölgəsinin polisi, keçən cümə günü St. Michaels adlı özəl məktəbdə planlaşdırılan atışma ilə bağlı xəbər aldıqlarını açıqladı.

Koldinqdə yerləşən məktəbin avqustun 11-də ölkədə yay tətilinin bitməsinə az qalmış hədəfə alınacağı bildirilir.

Səlahiyyətlilər hadisənin aşkarlanmasından sonra məktəbdə və ya ərazidə heç bir təhlükəsizlik təhdidinin olmadığını vurğuladılar. Hücumun hədəfi olan məktəbdəki şagirdlərin təhlükəsiz olduğu bildirilir.

Adam öldürməyə cəhddə ittiham olunan 15 yaşlı şübhəli prokurorun tələbi ilə məhkəmə qarşısına çıxarılıb və 4 həftə müddətinə müvəqqəti həbs edilib.

Bələdiyyənin mətbuat xidmətindən verilən məlumata görə, şübhəlilərin hamısı hücumu planlaşdırdıqları məktəbin deyil, başqa məktəbin şagirdləridir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR