Danimarkada təxminən 5 milyon qeydiyyatdan keçmiş seçici yerli liderlərini seçir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Danimarka mediasının yazdığı məlumata görə, danimarkalılar ölkənin 98 bələdiyyəsi və beş bölgəsində seçiləcək 2500-dən çox nümayəndə üçün saat 22:00-a qədər səs verə biləcəklər.
Sorğular göstərir ki, 2021-ci ildə Danimarkanın 98 bələdiyyəsindən 44-də qalib gələn Baş nazir Mette Frederiksenin Sosial Demokrat Partiyası bugünkü seçkilərdə geriləyə bilər.
Həmçinin, Sosial Demokrat Partiyasının 1938-ci ildən bəri keçirilən seçkilərdə paytaxt Kopenhagendə qalib gəldiyi və Danimarka yerli seçkilərində türk əsilli namizədlərin də iştirak etdiyi bildirilib.
Gülay










































