Danimarkadakı miqrantlar müavinət almaq üçün işləməli olacaqlar

Danimarkadakı miqrantlar müavinət almaq üçün işləməli olacaqlar
DÜNYA
19:40 08.09.2021
1117
Danimarkadakı bəzi miqrantlar sosial müavinət almaq üçün həftədə 37 saat işləməli olacaqlar.

Bu, 3-4 il müavinət almış, lakin Danimarka dilini müəyyən səviyyədə öyrənə bilməmiş şəxslər üçün məcburi tələb olacaq. Baş nazir Mette Frederiksen bu qaydanın bilavasitə müavinət hesabına yaşayan, "Qərb mənşəli olmayan” qadınlara yönəldiyini bildirib.

"Yeni iş məntiqi tətbiq etmək istəyirik. Bu məntiqə əsasən insanlar öz töhfələrini verməyə və faydalı olmağa borcludurlar. Əgər onlar daimi iş tapa bilmirlərsə, öz müavinətləri üçün işləməlidirlər”, - Frederiksen jurnalistlərə deyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR