Danimarkada silahlı qüvvələrə çağırış üçün yeni sistem tətbiq edilib. Yeniliyə əsasən, məcburi hərbi xidmətin qadınlara da şamil edilməsi nəzərdə tutulur.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Parlamentin iyunun əvvəlində qəbul etdiyi qərara əsasən, artıq 18 yaşına çatmış bütün ölkə vətəndaşları bərabər şərtlərlə çağırış püşkatmasında iştirak edirlər.
Yeni sistemə əsasən, hər bir çağırışçıya 1-dən 36 000-ə qədər təsadüfi nömrə verilir. 1-dən 8 000-ə qədər rəqəmi olanlar kifayət qədər könüllü olmadığı halda, hətta sülh dövründə də çağırıla bilərlər. 8 000-36 000 nömrələri (sərbəst nömrələr adlanır) alanlar sülh dövründə xidmətdən azad edilir.
20 yaşlı könüllü Katrinin fikrincə, yeni sistem müasir reallıqları əks etdirir.
"İndiki vəziyyətdə bu lazımdır. Qadınların kişilərlə bərabər xidmət etməsi ədalətlidir", - deyə o Kopenhagen yaxınlığındakı təlimlər zamanı qeyd edib.