Danimarkanın baş nazirindən ABŞ-yə xəbərdarlıq - Qrenlandiya ilə bağlı

Danimarkanın baş nazirindən ABŞ-yə xəbərdarlıq - Qrenlandiya ilə bağlı
DÜNYA
13:47 04.04.2025
228
Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-a xəbərdarlıq edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Frederiksen ABŞ prezidenti Donald Trampın Qrenlandiya səfəri zamanı ada ilə bağlı söylədiyi fikirlərlə bağlı açıqlamalar verib.

Həm yeni, həm də köhnə Qrenlandiyanın liderləri ilə görüşən Frederiksen Danimarkanın etibarlı NATO müttəfiqi olduğunu qeyd edib.

Müttəfiqlərin bir-birinin "bölünməsinə" icazə verməsinin "düşmənlərinə xidmət etmək" mənasına gəldiyini vurğulayan Frederiksen bunun qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirib.

Baş nazir Frederiksen sözlərini belə davam etdirdi: "Amma siz Danimarka Krallığının ərazisinin bir hissəsini ələ keçirməyi tələb edəndə, ən yaxın müttəfiqimizin təzyiq və təhdidləri ilə üzləşdiyimiz halda, bu qədər illərdir heyran qaldığımız ölkə haqqında nəyə inanaq? Bu, Atlantik okeanının o tayında birlikdə qurduğumuz dünya nizamı ilə bağlıdır. Siz başqa bir ölkəni hətta beynəlxalq təhlükəsizliyi ilhaq edə bilməzsiniz".

Arktikada təhlükəsizliyin gücləndirilməsi ilə bağlı Frederiksen ABŞ-ı "bunu birlikdə etməyə” çağırıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR