Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ikiillik fasilədən sonra baş tutub.
Bu görüşə ümidlər böyükdür. AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalistlərə prezidentlərin noyabrın 19-da Vyanada keçirilmiş görüşünü şərh edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.Onun sözlərinə görə, XİN rəhbərləri, ATƏT-in Minsk qrupu səviyyəsində görüşlər keçirilib və danışıqlara impuls verilməsinə dair tapşırıq verilib.SAM direktoru hesab edir ki, danışıqlara impuls verilməsi çox müsbət hal kimi dəyərləndirilir:“İndi hansı istiqamətdə danışıqlar gedəcək, bunu zaman göstərəcək”.