"Danışmaq yox, hərəkət etmək vaxtıdır" - Ramos

"Danışmaq yox, hərəkət etmək vaxtıdır" - Ramos
İDMAN
20:44 31.10.2018
6189
"Real"ın kapitanı Serxio Ramos komandanın düşdüyü çətin duruma münasibətini bildirib.

AZXEBER.COM qol.az-a istinadən bildirir ki, ispaniyalı yarımmüdafiəçi bu barədə şəxsi Tvitter hesabında yazıb. O, indiki vəziyyətdə danışmaq yox, iş görmək lazım olduğunu qeyd edib:

"Biz problemlərimizi bilirik. Yaranmış vəziyyətə görə məsuliyyətimizi hiss edirik. Ancaq indi danışmaq yox, hərəkət etmək vaxtıdır".

Qeyd edək ki, Madrid klubu La Liqada ardıcıl 5 oyundur ki, qalib gələ bilmir. Paytaxt təmsilçisi Xulen Lopeteqinin qovulmasından sonra baş məşqçi axtarışındadır.
OXŞAR XƏBƏRLƏR