“Danışmaqdansa, daha çox iş görməliyik” - Qurban Qurbanov

“Danışmaqdansa, daha çox iş görməliyik” - Qurban Qurbanov
İDMAN
15:48 10.10.2018
2654
"Biz bu gün çox danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Ona görə də çox danışmaq fikrində deyiləm. Rəqibi yaxşı tanıyıram. Onların da şansı var. Çalışırıq ki, şansımızdan daha yaxşı istifadə edək. Buna uyğun hazırlaşmışıq”.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri yığmamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 3-cü turunda sabah Farer adaları ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib. Farer adalarına ezam olunmuş müxbirimiz xəbər verir ki, təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Süni örtüklü meydan, futbolçularımızın öyrəşmədiyi yağışlı iqlim və matçın keçiriləcəyi meydançanın normadan kiçik olması komandamıza nə dərəcədə mane olacaq?

- Bəli, meydançaya baxdım. Məncə, hava şəraiti bizim üçün elə də problem yaratmayacaq. Havaya fikir verməməliyik. Fikrimiz oyunda olmalıdır. Hiss olunur ki, meydança standartlardan bir az fərqlənir. Buna da fikir verməli deyilik. Ancaq hər bir halda dediyiniz amillərin oyuna təsiri olacaq. Düşünürəm ki, futbolçularımız sabah meydanda nə etmək lazımdırsa, onu da edəcəklər.

- Həmkarınız Lars Olsen bir qədər öncə keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasına yol yorğunluğuna görə çətin olacağını bildirdi. Siz necə düşünürsünüz, futbolçularımız 14 saatlıq yorğunluğu qalan saatlar ərzində üzərlərindən ata biləcəklərmi?

- Dediyim kimi, nə mən, nə də futbolçular yorğunluq haqda düşünürük. Yorğunluq bizə mane olmamalıdır. Sabah ən yaxşı oyunumuzu göstərməliyik.

- Yığmamız Millətlər Liqasının görüşlərində hücumda elə də yaxşı təsir bağışlamayıb. Üstəlik, Ramil Şeydayev də "Krılya Sovetov”da oyun təcrübəsindən məhrumdur. Bu mənada Rüfət Dadaşovun sabah start heyətində çıxmaq perspektivləri nə dərəcədə realdır və məşqdə gördüklərinizə əsasən demək olarmı ki, "Proyssen”in forvardı 90 dəqiqə mübarizə aparmağa hazırdır?

- Açığı, Rüfət bizimlə cəmi iki məşq edib. Sabah yəqin səhər məşqindən sonra bəzi oyunçularla bağlı dəqiq qərar verəcəyəm. Ancaq indi heç bir problem haqda düşünmürəm. Fikirləşirəm ki, oyuna tam hazırıq və meydana yaxşı formada çıxacağıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
23:21 05.03.2025
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
23:13 05.03.2025
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
23:09 05.03.2025
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək