Darçiaşvili: Rusiyanın viza rejimini ləğv etməsi onun müstəqil qərarıdır

Darçiaşvili: Rusiyanın viza rejimini ləğv etməsi onun müstəqil qərarıdır
DÜNYA
17:59 10.05.2023
171
Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsi onun müstəqil qərarıdır.

Bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili jurnalistlərə açıqlamasında deyib:

"Bu, onların suveren qərarıdır və istənilən ölkə başqa ölkələrlə viza rejiminin tətbiqinə və ya ləğvinə qərar verə bilər. Biz bu məsələ ilə məşğul oluruq".

Darçiaşvili hazırda 1 milyondan çox Gürcüstan vətəndaşının Rusiyada yaşadığını xatırladıb.
OXŞAR XƏBƏRLƏR